20 Yanvar - müasir tariximizin ən şanlı qəhrəmanlıq səhifəsi
AzerTAg.az
Bakı, 19 yanvar, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri institutun baş direktoru professor Səyyarə İbadullayeva açaraq xalqımızın yaddaşına qanla yazılmış 20 Yanvar faciəsinin müasir tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən biri olduğunu söyləyib. O qeyd edib ki, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş bu qətliam xalqımızın mübarizə əzmini qırmadı, əksinə, müstəqillik ideyası ətrafında həmrəy olmağımızda böyük rol oynadı.
Tədbirdən sonra Botanika İnstitutunun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.


Xəbərin mətnində orfoqrafik səhv var