MƏDƏNİYYƏT


20 Yanvar – tarixdə bu gün...

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında “20 Yanvar – tarixdə bu gün...” adlı elmi-praktik seminar keçiriləcək.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 4 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na və qurumun elm şöbəsinin “İllik iş planı”na əsasən təşkil ediləcək.

Tərtib olunmuş proqrama əsasən tədbirdə Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ofeliya Əfəndiyeva, tarix üzrə elmlər doktoru Vəfa Quliyeva, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı Sevda Məmmədova və 20 Yanvar faciəsinin şahidi Gülüş Mursakulova məruzələrlə çıxış edəcəklər.

Tədbirdə, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olunacaq və Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında kompozisiya təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.