20 Yanvar - xalqımızın öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi tarix
AzerTAg.az
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışıb. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında qanlı qırğınlar törətdiyini diqqətə çatdırıb.
Şair, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani qeyd edib ki, 20 Yanvar tariximizin qanlı, həm də qəhrəmanlıq səhifəsidir. 20 Yanvar xalqımızın öz azadlığı, müstəqilliyi uğrunda cəsarət, fədakarlıq nümayiş etdirdiyi bir tarixdir.


Xəbərin mətnində orfoqrafik səhv var