QAN YADDAŞI


20 Yanvar faciəsi insanlığa qarşı həyata keçirilmiş terror aktıdır

Bakı, 20 yanvar, AZƏRTAC 

Qusar Peşə Liseyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “Qanlı Yanvar” adlı tədbir keçirilib. Liseydən AZƏRTAC-a bildirilib ki, öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə liseyin tarix müəllimi Umli Dadaşbalayeva 20 Yanvar faciəsi haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Otuz il əvvəl baş vermiş 20 Yanvar faciəsi əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

Tədbirdə liseyin tələbələri 20 Yanvar faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim ediblər.

Sonda Qanlı Yanvar haqqında videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.