SİYASƏT
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
Bakı, 22 yanvar, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin təşkilatçılığı ilə “20 Yanvar faciəsi və bunun müasir siyasi fəlsəfə kontekstində təhlili” mövzusunda vebinar keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, vebinara Litva, Fransa, İtaliya, Almaniya, Misir, Şimali Kipr Türk Respublikası, Azərbaycan və başqa ölkələrdən izləyicilər qatılıblar.
Tədbirdə məruzəçi qismində çıxış edən fəlsəfə doktoru Mail Yaqub 20 Yanvar faciəsinin tarixi əsasları, siyasi-fəlsəfi motivləri barədə danışıb. Məruzəçi 20 Yanvar faciəsini imperialist dövlətin cinayəti kimi qiymətləndirərək deyib: “Səbəb nə idi? Azərbaycan xalqının müstəqil olmaq istəyi. Totalitar Sovet İttifaqı bunu həzm edə bilmirdi.
Vebinar müxtəlif məzmunlu sualların cavablandırılması və müzakirələr ilə yekunlaşıb.