REGİONLAR


20 Yanvar faciəsinə həsr olunan kitab və rəsm sərgisi açılıb

Ağsu, 16 yanvar, AZƏRTAC

Azərbaycanımızın suverenlik uğrunda ilk şəhidlərinin verdiyi Qanlı Yanvar faciəsindən 31 il ötür. Otuz bir il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən qadınların, uşaqların, qocaların gülləbaran edilməsi tariximizin qanla yazılmış səhifələrindəndir. O qanlı gecədə 147 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Təsadüfi deyildir ki, bu tarixi gün hər il hər yerdə müxtəlif tədbirlərlə qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qanlı Yanvar faciəsi respublikamızın hər yerində olduğu kimi Ağsuda, o cümlədən rayon mərkəzləşdirilmiş kitabxana sisteminin (MKS) kollektivi tərəfindən də ayrı-ayrı tədbirlərlə yad edilir. Belə ki, bütün kitabxanalarda, habelə mərkəzi kitabxanada kitab sərgisi, uşaqların, gənclərin əl işlərindən ibarət rəsm sərgiləri açılıb, karantin rejimi qaydaları gözlənilməklə dəyirmi masalar təşkil olunur.

MKS-nin direktoru Cəbrayıl Bədəlov bildirib ki, sərgilər, dəyirmi masalarla yanaşı, sosial şəbəkələrdə “Şəhidlər”, “Qanlı Yanvar”, “Azadlığa gedən yolun zirvəsi” və sair adlı videoçarxlar paylaşır, elektron nəşrlərdən (Prezident kitabxanasının “Təcavüz. 20 Yanvar. Bakı, 1990”) və kütləvi informasiya vasitələrindən materiallar seçib oxucuların istifadəsinə veririk.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.