Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

20 Yanvar faciəsinin 30-cu ildönümü Tehranda da qeyd olunub

Tehran, 20 yanvar, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Bünyad Hüseynov çıxış edərək 1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən hadisələrin siyasi mahiyyəti haqqında geniş məlumat verib. O deyib ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq və Dağlıq Qarabağı Ermənistana birləşdirməyə nail olmaq məqsədilə sovet rəhbərləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdilər. Mülki əhalini qorxutmaq, xalqı müstəqillik uğrunda mübarizədən çəkindirmək üçün şəhərə yeridilən hərbi hissələr insanları amansızlıqla qətlə yetirdi. SSRİ rəhbərliyi demək olar ki, məqsədinə çatmışdı. Meydanlara toplaşıb etiraz edən xalq kütlələri dağıdılmış, siyasi rəhbərlik isə qorxudan xalqa qarşı törədilmiş terrora göz yummaq məcburiyyətində qalmışdı. Lakin ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına qarşı həyata keçirilən qırğına və ədalətsizliyə biganə qalmadı. Özünün və ailə üzvlərinin həyatının təhlükəyə düşməsindən çəkinməyən Ulu Öndər Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək bəyanat verdi, SSRİ rəhbərlərini kəskin tənqid etdi. Heydər Əliyev 20 Yanvar hadisələrini xalqa qarşı törədilmiş terror adlandırdı. Məhz Heydər Əliyevin bəyanatından sonra dünya ictimaiyyəti Azərbaycanda baş verənlərdən xəbər tutdu.

Məsələnin siyasi aspektinə toxunan B.Hüseynov Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salıb. Bildirib ki, ermənilər SSRİ dövründə də Dağlıq Qarabağı Ermənistana birləşdirmək niyyətində olublar. Lakin Azərbaycanın görkəmli oğlu Heydər Əliyev həm Azərbaycan Respublikasında, həm də SSRİ rəhbərliyində çalışdığı dövrlərdə ermənilərin bu istəklərinin qarşısını alıb.

20 Yanvar hadisələrdən az müddət sonra Kommunist Partiyasının sıralarını tərk etdiyini elan edən ulu öndər Heydər Əliyev xalqının dar günündə Azərbaycana, doğulduğu Naxçıvana qayıtmalı oldu. Burada xalq öz liderini hərarətlə qarşıladı və 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə o, Naxçıvan Ali Sovetinin Sədri seçdi. Ali Sovetin ilk sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi-hərbi cinayətin cavabdehlərinin, günahkarlarının adları açıqlandı. 1993-cü ilin iyun ayında Ulu Öndər xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Şəhidlər xiyabanının yenidən qurulması ilə bağlı Sərəncam verdi, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi yaxşılaşdırıldı.

Bu gün Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafına nail olaraq ordunu gücləndirib. Azərbaycan Ordusunun erməni təxribatına cavab olaraq hücuma keçib strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndində həyat bərpa olunub. Bu, onu deməyə əsas verir ki, Dağlıq Qarabağ gec-tez işğaldan azad olunacaq.

Sonra səfirliyin müşaviri Abbas Cabbarov, səfirliyin birinci katibi və digərləri çıxış edərək 20 Yanvar faciəsini doğuran səbəblər və onun nəticələri haqqında danışıblar. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı və dünyada layiqli yerini tutması faciəni törədənlərə tutarlı cavabdır.

Tədbirdə qeyd edilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir. Həmin gün xalqımız yenilməzliyini və müstəqillik yolunda əzmkarlığını nümayiş etdirir.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar səfirlik tərəfindən Azərbaycan, fars və ingilis dillərində hazırlanmış press-reliz və bu faciəni əks etdirən fotolar, Azərbaycan Xarici İşlər Nazirliyinin və Ombudsmanının bəyanatı İranın İnsan Hüquqları Şurasına və Tehranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə təqdim edilib. Həmçinin Azərbaycan Prezidentinin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşdığı videoçarx da səfirliyin internet səhifəsində yayılıb.

Bununla yanaşı, səfirliyin “Twitter” və “Teleqram” sosial şəbəkələrində ingilis və fars dillərində 20 Yanvar faciəsi ilə bağlı məlumat, fotolar və videolar paylaşılıb. İranın bir sıra KİV-lərində 20 Yanvarla bağlı materiallar dərc etdirilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb