QAN YADDAŞI


20 Yanvar hadisələri - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

Ankara, 20 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platforumunun Türkiyə Koordinatorluğu (KİAMP), Türk Ocaqları və Anadolu Aydınlar Ocaqlarının birgə təşkilatçılığı ilə İstanbulda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anma mərasimi keçirilib.

KİAMP-dən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra KİAMP-nin Baş koordinatoru Elvin Abdurahmanlı, Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Közhan Yazqan, Şimali Makedoniyadan olan millət vəkili Ərdoğan Saraç və İstanbul Türk Ocaqlarının rəhbəri doktor Cezmi Bayramın çıxışları dinlənilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı hərbi cinayət insanların milli azadlıq əzmini qırmağı qarşısına məqsəd qoysa da, Azərbaycan xalqı bu haqsızlığa və cinayətə qarşı daha da mətinləşdi, mübarizədə geri çəkilmədi.

Sonra professor İbrahim Öztək İyirmi Yanvar hadisələrinin səbəb və məqsədləri ilə bağlı iştirakçılara geniş məlumat verib.

O dövrdə dünyada baş verən proseslərə ötəri nəzər salan məruzəçi İbrahim Öztək qeyd edib ki, keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı qərəzli mövqe sərgiləyərək işğalçı Ermənistanın əsassız ərazi iddialarına şərait yaradırdı. Lakin Azərbaycan xalqı qarşılaşdığı informasiya blokadasına, ayrı-seçkiliyə, hər cür düşmənçiliyə baxmayaraq ayağa qalxaraq öz hüquqlarını əzmlə müdafiə edirdi. Ona görə də Qara Yanvar ağır bir faciə olduğu kimi xalqın qəhrəmanlıq salnaməsidir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.