Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

20 Yanvar hadisələri heç zaman yaddaşlardan silinməyəcək

20 Yanvar hadisələri heç zaman yaddaşlardan silinməyəcək

Bakı, 21 yanvar, AZƏRTAC

Qanlı Yanvar faciəsindən otuz il ötsə də, təəssüf ki, bu hadisələrin əsl günahkarları hələ də layiqli cəzalarını almayıblar. Bu qanlı qırğınla bağlı yaradılmış istintaq qrupunun fəaliyyəti hadisənin başvermə səbəbləri, başda Mixail Qorbaçov olmaqla onun törədilməsində bilavasitə günahı olan şəxslərlə bağlı bir sıra qaranlıq məqamları üzə çıxarıb. Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi, 20 Yanvar hadisələri ilə bağlı başlanmış cinayət işinin istintaqının aparılması üçün yaradılmış istintaq qrupunun tərkibində fəaliyyət göstərmiş Nazim Abbasovun yazdığı “20 Yanvar hadisələri heç zaman yaddaşlardan silinməyəcək” sərlövhəli məqalədə məhz bu məqamlardan söhbət açılıb. AZƏRTAC məqaləni təqdim edir.

1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində bu hadisələrin həm şahidi olaraq, eyni zamanda, peşə fəaliyyətimlə əlaqədar baş vermiş cinayət hadisəsi üzrə aparılan istintaq araşdırmalarının iştirakçısı kimi ictimaiyyət üçün maraqlı, həm də hüquqi-tarixi baxımından əhəmiyyət kəsb edəcəyini hesab etdiyim məqamların qələmə alınmasını vacib saydım.

Bəli, Bakı şəhərinin çoxsaylı sakinlərindən biri kimi həmin gecənin dəhşətli vahiməsi hələ də gözümün önündədir və düşünürəm ki, heç vaxt silinməyəcək. Axı, necə silinə bilər ki, sülhsevər, mehriban və qonaqpərvərliyi ilə seçilən və sevilən bir şəhərin günahsız dinc əhalisi bir gecənin ərzində vəhşicəsinə kütləvi qırğına və təcavüzə məruz qalmışdır. Təcavüzkar nə azyaşlı uşaqlara, nə də ki köməksiz əliyalın qocalara, qadınlara və xəstə insanlara rəhm etmişdir.

Həmin gecə saat 24:00-da heç bir xəbərdarlıq olunmadan əvvəlcədən telestudiyanın enerji bloku partladılmaqla şəhərə qoşunların yeridilməsi o qədər gözlənilməz idi ki, çoxları nə baş verdiyini anlamadı. Yalnız səhəri gün sakinlərdən kimisi küçəyə çıxarkən, kimisi isə pəncərələrdən baxarkən Bakı küçələrindəki dəhşəti görə bildilər.

Bu qanlı hadisənin faciəvi tərəflərindən biri də ondan ibarətdir ki, mərkəzi rəhbərliyin bir millətə və xalqa qarşı törətdiyi bu qanlı cinayətə respublika rəhbərliyinin münasibəti adekvat olmadı, öz xalqının müdafiəsinə qalxmaq əvəzinə milli satqınlıq yolunu üstün tutdu.

Bir gecənin içində nəhəng bir dövlətin hər zaman vətəndaşlıq mənsubiyyəti ilə qürur duyan Azərbaycan Respublikasının vətəndaşları bu dövlətə, onun başında duranlara inamını itirmiş oldular. İllər boyu inandıqları, güvəndikləri dövlət onlara dönük çıxaraq sarsıntıya məruz qoymuş, əslində isə əsl xəyanətkarlıq etmişdir. Sonralar həmin hadisələrlə bağlı başlanmış cinayət işinin istintaqının aparılması üçün yaradılmış istintaq qrupunun tərkibində fəaliyyət göstərərkən qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirilib. Dövlət rəhbərlərinin öz vətəndaşlarına necə xəyanət etmələri, bu zaman hansı üsullardan istifadə etmələri, vəhşicəsinə qanunlara məhəl qoymadan, heç bir zərurət olmadan dinc əhaliyə qarşı əli silahlı ordudan istifadə etməklə cinayət törətməkləri tam sübuta yetirilmişdir.

Müəyyən olmuşdur ki, 1987-ci ilin sonlarında Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönələn radikal erməni millətçiləri tərəfindən ortaya atılan qondarma Dağlıq Qarabağ problemi qısa müddətdə yüz minlərlə azərbaycanlıların öz doğma yuvalarından qovulmasına, etnik təmizləmə və soyqırıma gətirib çıxardığından bu qanunsuzluqlara və zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın ozamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etmiş, bu zəmində yaranmış xalq hərəkatının tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaradıb.

İstintaqla müəyyən olunub ki, keçmiş SSRİ rəhbərliyi SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq, Respublika Ali Sovetinin razılığı olmadan hər hansı bir ərazidə fövqəladə vəziyyətin tətbiq edilməsi qaydalarına tamamilə zidd olaraq əvvəlcədən bu barədə əhaliyə xəbərdarlıq etmədən, əksinə onların məlumatlanmasının qarşısını almaq məqsədilə telestudiyanın enerji blokunun yanvarın 19-da axşam saat 19:30 radələrində partladılmasını təşkil edərək, Bakıda kifayət qədər daxili qoşunların və sovet ordusunun hərbi hissələrinin kontingenti dislokasiya olunduğu halda sovet ordusu hissələrinin xüsusi təyinatlı dəstələrinin, daxili qoşunlarının əlavə olaraq iri kontingentinin iştirakı ilə və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərini cəlb etməklə, yanvarın 20-nə keçən gecə şəhərimizdə hərbi təcavüz həyata keçirməklə dinc əhaliyə divan tutulub.

Baş vermiş cinayətin əvvəlcədən planlaşdırılması və ədalətsizliyə qarşı səsini ucaltmış dinc əhaliyə divan tutulması, mənəvi cəhətdən sındırılması məqsədilə törədilməsi, əsgərlərin yaxın məsafədən insanları öldürməsi, cəsədlərinə çoxsaylı güllə yaraları, köməyə gələn təcili tibbi yardım avtomobillərinin gülləboran edilməsi, qurulmuş barrikadalardan kənarda olan dinc sakinlərin vəhşicəsinə öldürülməsi, xüsusi amansızlıqla bıçaq və süngülərdən istifadə edilərək cəsədlərə xəsarətlər yetirilməsi ilə tam sübut olunur və təşkilatçıların məkrli niyyətlərindən bir daha xəbər verir.

Bu faciə nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb, 841 nəfər kütləvi şəkildə qanunsuz həbs olunmaqla insan hüquqlarına dair çoxsaylı beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobud surətdə pozulub.

Hadisələrlə bağlı başlanmış cinayət işi üzrə bir sıra istintaq hərəkətləri Azərbaycan ərazisində aparıldıqdan sonra Azərbaycan Respublikası Baş Prokurorluğundan xüsusi tapşırıq qaydasında ezam olunmuş Rüstəm Usubovun rəhbərlik etdiyi istintaq qrupu Rusiya ərazisində istintaq hərəkətlərinin aparılması üçün icazə almağa müvəffəq olub və orada istintaq hərəkətlərinin həyata keçirilməsinə başlanılıb.

İstintaq qrupu üzvləri arasında aparılmış vəzifəsi bölgüsünə görə, mənə keçmiş Kommunist Partiyası Mərkəzi Komitəsinin arxivində iş üçün əhəmiyyət kəsb edən sənədlərin müəyyən edilməsi və zəruri hallarda götürülməsi tapşırılıb. Bir neçə gün gərgin işlərin nəticəsində çox vacib və əhəmiyyətli sənədlərin ortaya çıxmasına nail olmuşdum.

Qeyd etməliyəm ki, istintaq qrupunun tərkibində Bakıda da fəaliyyət göstərərkən mənə keçmiş Azərbaycan DTK-nin müəyyən sənədləri ilə işləmək tapşırıldığından Moskvada aşkarlanan sənədlərlə işləməyə əlverişli imkan yaranmışdı. Aşkar etdiyim sənədlər (telefonoqramlar, şifroqramlar, eyni zamanda, Azərbaycan rəhbərliyindən SSRİ rəhbərliyinə göndərilmiş şifroqramlar və s.) bir daha bu əməliyyatın əvvəlcədən planlaşdırılmış qaydada hazırlanmasını (Şimali Qafqazın Stavropol, Krasnodar, Rostov vilayətlərindən ehtiyatda olan hərbçilərin toplanılması haqda teleqram göstərişlər, səhiyyə və digər qurumlara hazırlıq siqnalları və s.) sübut edirdi ki, mərkəzin guya qoşunların Bakıya yeridilməsi qərarının qəfildən respublikada yaranmış çıxılmaz fövqəladə vəziyyətlə əlaqədar verildiyini tamamilə təkzib edirdi. Bu xüsusatları istintaq zamanı dindirilmiş o dövrdə Mərkəzi Komitə və digər qurumlarda rəhbər vəzifələrdə işləmiş şəxslər də (Qirenko, Mixaylov, Rıjkov və digərləri) öz ifadələrində təsdiq edirdilər.

Qrupun rəhbəri Rüstəm Usubov peşəkar istintaqçı idi, onun rəhbərliyi ilə qurulmuş istintaq taktikası, əldə olan sübutlardan məharətlə istifadə olunması nəticəsində aparılan istintaq hərəkətləri zamanı mötəbər sübut əhəmiyyətli ifadələr alınmışdı. Dindirilmiş şəxslər hadisənin başvermə mexanizmi, səbəbləri, cinayətkar qərarların verilməsinin təşkilatçıları barədə müfəssəl ifadələr vermişlər. O vaxt respublikanın rəhbəri olmuş və hadisədən dərhal sonra Azərbaycandan qaçmış Ə.Vəzirovu da böyük çətinliklə olsa, Azərbaycanın səlahiyyətli nümayəndəliyində dindirə bilmişdik.

Qeyri-ciddi davranışı ilə yadda qalan bir insanın ifadəsi də özünəməxsus tərzdə ciddilikdən uzaq idi, əsas mahiyyəti əks etdirən suallara “yadımda deyil” cavabını verirdi. Rus millətindən olan keçmiş sovet rəhbərləri ondan fərqli olaraq dindirmələrdə daha səmimi idilər, onlar Bakıda ordu hissələrinin bu şəkildə, yəni əhaliyə xəbərdarlıq edilmədən, vəhşicəsinə yeridilməsi qərarını qanunsuz və əsassız hesab edərək bu qərarın təşkilatçısının adını belə gizlətmirdilər. Bu isə SSRİ hakimiyyətinə gəldiyi ilk anlardan millətimizə düşmən kəsilmiş, onun liderinə olan qısqanc xislətini gizlədə bilməyən, guya nəyi isə, əslində, özünün də bilmədiyi, yenidən qurmağa çalışan, lakin heç bir şey qura bilməyən yalnız və yalnız dağıdıcı missiyasını yerinə yetirən M.Qorbaçov idi.

Bəli, bu adam millətimizdən sanki qisas alırdı, ancaq məlum deyil hansı səbəbdən nəyə görə və kimə görə, axı bu millət ona nə etmişdi? Əslində, heç kimə heç bir şey!

Növbəti iş gününün sonunda istintaq qrupu rəhbərinin keçirdiyi müzakirədə M.Qorbaçovu istintaqa ifadə vermək üçün dəvət etmək qərarına gəldik. Onun dindirilməsinə yaxşı hazırlaşmışdıq. İfşaedici suallar, təkzibedilməz dəlil və sübutlarla səhəri səbirsizliklə gözləyirdik.

Rusiya Prokurorluğunun bizə təhkim olunmuş əməkdaşına M.Qorbaçovun dindirilməsi zərurəti ilə bağlı qərarımızı bildirdikdə, o bir qədər özünü itirsə də sonradan razılaşaraq bizim iştirakımızla ona dindirilməsi üçün prokurorluğa dəvət olunması ilə bağlı zəng etdi (M.Qorbaçov o zaman artıq vəzifədə deyildi, yaratdığı fondun rəhbəri idi), cinayət-prosessual qanunvericiliyə istinad edərək prokurorluğa dəvət etdi. Bildirdi ki, Bakıdan 20 Yanvar hadisələri ilə əlaqədar başlanmış cinayət işi üzrə istintaq qrupunun üzvləri gəliblər və onu dindirməlidirlər. Telefon xəttinin o biri tərəfində isə o, bu işdə onun heç bir iştirakının olmadığını, istintaqa gəlib ifadə verməkdən imtina etdiyini bildirirdi. Ədalət naminə demək lazımdır ki, Rusiya Prokurorluğunun əməkdaşı prosessual qanuna uyğun olaraq hətta ona istintaqa gəlməməsinin və ifadə verməkdən boyun qaçırmasının cinayət məsuliyyətinə səbəb olması barədə xəbərdarlıq da etdi. Ancaq qanuna məhəl qoyulmadı, necə ki, həmin gecə dinc əhaliyə qanlı divan tutduğu zaman olduğu kimi. Bir az məyus olduq, həvəslə gözlədiyimiz istintaq hərəkətini apara bilməmişdik, böyük əziyyətlə topladığımız sübutları ehtimal olunan müqəssirə təqdim edə və təkzibedilməz dəlillərlə onu törətmiş olduğu cinayətdə ifşa edə bilməmişdik. Hətta bizi şərləməkdən belə çəkinməmişdi. Belə ki, keçmişdəki nüfuzu və əlaqələrindən istifadə edərək, bizim başqa dövlətin ərazisində guya qanunsuz istintaq hərəkətləri aparılmasında ittiham etməyə cəhd etdi. Onun bu hərəkəti tanış ssenari idi, cinayət törətmiş şəxslərin məsuliyyətdən yaxa qurtarmaq, istintaqdan yayınmaq üçün atdıqları addımlardandır.

Bəli, o vaxt onu dindirmək bizə nəsib olmadı, məsuliyyətdən yayına bildi. Ancaq tarix özü ən yaxşı hakimdir. Öz xalqı onu mühakimə etdi, satqın damğası vurdu.

Təskinliyi onda tapdıq ki, iş üzrə əldə etdiyimiz sənədləri qoruyub saxlaya bildik, tarix üçün, sübut üçün.

Ulu öndər Heydər Əliyevin baş vermiş qanlı hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək həmişəki kimi qətiyyət göstərməklə Bakıya yeridilmiş Sovet İttifaqının silahlı və ağır artilleriya qurğularından ibarət hərbi birləşmələrinin əliyalın əhaliyə qarşı törətdiyi cinayətkar əməllərini qətiyyətlə pislədi və öz xalqına dayaq oldu.

Azərbaycan xalqı isə sınmadı və bu sarsıntılardan mərdanə və başı uca çıxdı. Bundan başqa, Azərbaycana yenidən rəhbərliyə qayıtdıqdan sonra məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar hadisələri ovaxtkı Ali Sovetdə müzakirəyə çıxarıldı və tarixin silinməz qanlı yaddaşına çevrilmiş bu hadisəyə siyasi-hüquqi qiymət verildi.

Bakıda baş vermiş həmin hadisədən sonra Azərbaycan xalqı öz müstəqilliyini, ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində qoruyub saxlaya bildi, nəinki saxlaya bildi, bütün dünyada tanıtdı. Azərbaycan Prezidenti İlham Əliyev bu tarixi missiyanı davam etdirərək bayrağımızı yüksəklərə qaldırdı, dünya ölkələrinin onunla hesablaşmasına nail oldu. Xalqımız bu hadisələrə siyasi–hüquqi qiymətini verdi. Şəhid olmuş bacı və qardaşlarımızı unutmadı, onların ruhunu yüksək tutaraq illər boyu qarşısında baş əydi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir