CƏMİYYƏT


20 Yanvar hadisələri müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirdi

Bakı,18 yanvar, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “İstiqlaliyyət küçəsi 8” üzrə ərazi partiya təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC YAP mətbuat xidmətinə istinadən bildirir ki, tədbir 20 Yanvar hadisələrində həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayon təşkilatının “İstiqlaliyyət küçəsi 8” üzrə ərazi partiya təşkilatının sədri Orxan Ağayev, təşkilatın nümayəndəsi Qabil Həsənov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıblar.

Çıxışçılar qeyd ediblər ki, 20 Yanvar faciəsi müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib. Ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyi diqqətə çatdırılıb.

Ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən 20 Yanvar şəhidlərinin adının Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.