QAN YADDAŞI


20 Yanvar hadisələrinin təşkilatçıları çirkin məqsədlərinə nail ola bilmədilər

Londonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

London, 20 yanvar, AZƏRTAC

Londonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan Dostluq və Mədəniyyət Evinin təşkil etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsi haqqında məlumat verib. Qeyd edilib ki, həmin dövrdə bir çox sovet ölkəsində oxşar hadisələr baş verib, lakin bunlardan ən qanlısı Bakıda törədilib. Əvvəlcədən planlaşdırılmış bu qanlı hadisə xalqımızın azadlıq əzminin sındırılmasına yönəldilmişdi. Lakin bu əməli törədənlər çirkin məqsədlərinə nail ola bilmədilər və xalqımız öz azadlığını, müstəqilliyini qurbanlar bahasına əldə etdi.

Digər çıxış edənlər - Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan Xalq Cümhuriyyəti tarixi" şöbəsinin müdiri Nigar Maksvell sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən hərbi təcavüzdən söhbət açıblar.

Sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Mərasimdə şəhidlərimizin əziz xatirəsinə tarda ifalar səsləndirilib, ehsan süfrəsi açılıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.