CƏMİYYƏT
20 Yanvar həm qanlı faciə, həm də həmrəylik, qəhrəmanlıq günüdür
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar həm qanlı faciə, həm də həmrəylik, qəhrəmanlıq günüdür.
Bu gün Şəhidlər xiyabanını ziyarət edən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev bu fikri AZƏRTAC-a bildirib. O deyib ki, Azərbaycan xalqının azadlıq əzmini qırmaq məqsədilə 1990-cı ilin 20 yanvarında ölkəmizə sovet ordusunun qoşun hissələri, cəza dəstələri göndərildi və torpağımız şəhid qanına bələndi. Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı, əksinə, daha da gücləndi. Xalqımızın yenilməzliyi, Vətənə, torpağa sədaqəti, azadlıq uğrunda mübarizə əzmi sayəsində müqəddəs arzumuza çatdıq - milli azadlığımıza qovuşduq. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [13:58]
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
- 20.04.2024 [13:54]
Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO
- 20.04.2024 [13:43]
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
- 20.04.2024 [13:05]