REGİONLAR


20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub

Ağcabədi, 19 yanvar, AZƏRTAC

Ağcabədi rayonunda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında təşkil edilən növbəti tədbir “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusuna həsr olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədr müavini Nazim Bünyatov Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əlamətdar hadisə olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun nəticəsində ölkənin siyasi tarixində yeni mərhələnin başlanması Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Həyata keçirilən islahatlar, görülən tədbirlərlə respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail olunub.

1990-cı il 20 Yanvar hadisələrindən danışan natiq faciəyə ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi müstəvidə qiymət verildiyini diqqətə çatdırıb.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyevanın “Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda məruzəsi dinlənilib.

Digər çıxış edənlər - Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, Heydər Əliyev Mərkəzinin elmi işçisi Ruhin Hüseynov Ulu Öndər Heydər Əliyevin həm tarix yaradan, həm də tarixi hadisələrə düzgün qiymət verən şəxsiyyət olduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.