QAN YADDAŞI


20 Yanvar qəhrəmanlarımızın qanları ilə şərəfli tarix yazdığı gündür

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar xalqımızın hüzn, kədər günü ilə yanaşı, həm də milli qürur, qəhrəmanlarımızın canları, qanları ilə şərəfli tarix yazdığı gündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn “Azərenerji” ASC-nin əməkdaşı Rövşən Bayramov deyib.

R.Bayramov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun hərbi birləşmələri Bakıya hücum edərək dinc əhalini amansızlıqla qətlə yetirdi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744-ü yaralandı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri var idi: “31 il keçməsinə baxmayaraq, müstəqillik uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq minlərlə azərbaycanlı bu gün Şəhidlər xiyabanına axın edir. Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi hər birimiz üçün əzizdir. Ona görə də, hər il onların qəbrini ziyarət etməyi özümə borc bilirəm. Şəhidlərimizin qisası yerdə qalmadı. Allah şəhidlərimizə rəhmət eləsin!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.