QAN YADDAŞI


20 Yanvar qətliamının 31-ci ildönümü ilə əlaqədar İstanbulda onlayn konfrans keçirilib

İstanbul, 20 yanvar, AZƏRTAC

20 Yanvar qətliamının 31-ci ildönümü ilə əlaqədar İstanbulda onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbayjan” Milli Platformasının Türkiyə koordinatorluğu, Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi (AGİH) qeyri-hökumət təşkilatı və İstanbul Aydın Universitetinin Şərqi Asiya və Qafqazlar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Konfransda Türkiyənin sabiq mədəniyyət naziri Namık Kamal Zeybek, “Karabakh is Azerbaycan” Milli Platformasının Türkiyə üzrə koordinatoru, dövlət təhlükəsizliyi üzrə ekspert Elvin Abdurahmanlı, İstanbulun Arel Universitetinin müəllimi, siyasi elmlər üzrə ekspert Safa Tankişi, Aydın Universitetinin Şərqi Asiya və Qafqaz Ölkələri üzrə Mərkəzinin müdiri Kamil Nərimanoğlu və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə danışıblar.

Bildirilib ki, Azərbaycan xalqının hüzn və qəhrəmanlıq tarixi olan 20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycanın müstəqillik yolunda atdığı ən mühüm addımlardan biridir. Həmin hadisələr zamanı azərbaycanlıların iradəsini sındırmaq istəyənlər buna nail ola bilməyiblər. Bunun tam əksinə olaraq, xalq meydanlara axın edib və haqq səsini dünyaya çatdırmağa çalışıb. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də müstəqillik əldə edib.

20 Yanvar hadisələrinə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində hüquqi və siyasi qiymət verildiyini xatırladan çıxışçılar bildiriblər ki, bu faciə zamanı həyatını itirənlərə məhz Ümummilli Liderin Fərmanı ilə “20 Yanvar şəhidi” adı verilib.

Azərbaycanın uzun illər azadlıq və ərazi bütövlüyü uğrunda apardığı mübarizə haqqında danışan çıxışçılar bu mübarizənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində 44 gün davam edən Vətən müharibəsi ilə taclandırıldığını bildiriblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.