Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“20 Yanvar şəhidi” fəxri adının vəsiqəsinin TƏSVİRİ

Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 29 dekabr tarixli
51 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”yə
əlavə

 

 “20 Yanvar şəhidi” fəxri adının vəsiqəsinin

T Ə S V İ R İ

1. “20 Yanvar şəhidi” fəxri adının vəsiqəsi (bundan sonra – vəsiqə) 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə qırmızı rəngdədir, vəsiqənin cildinin üst tərəfində ortada qızılı rənglə “20 YANVAR ŞƏHİDİ” FƏXRİ ADININ VƏSİQƏSİ” sözləri yazılmışdır.

2. Vəsiqənin içliyinin birinci səhifəsində yuxarıda ortada Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verilir, onun altında “20 YANVAR ŞƏHİDİ” FƏXRİ ADININ VƏSİQƏSİ”, həmin sözlərin altında “№___” işarəsi, onun da altında “Azərbaycan Respublikası Prezidentinin ___il “____” _____tarixli _____nömrəli _____________ ilə” sözləri yazılır.

3. Vəsiqənin içliyinin ikinci səhifəsində birinci sətrin altında ortada “soyadı”, ikinci sətrin altında ortada “adı”, üçüncü sətrin altında ortada “atasının adı” sözləri, onun altında sol tərəfdən başlayaraq “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.” cümləsi, həmin cümlənin altında isə “Azərbaycan Respublikasının Prezidenti” sözləri yazılır.

 

“20 Yanvar şəhidi” fəxri adının vəsiqəsinin

ESKİZİ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin