REGİONLAR


20 Yanvar şəhidləri xalqımızın yaddaşına əbədi həkk olunub

Qax, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar Azərbaycan xalqının hüzn günü ilə yanaşı, həm də şərəf günüdür. Qanlı Yanvar faciəsinin qurbanları dövlət müstəqilliyimizin qazanılması, haqq səsimizin dünyaya çatdırılması yolunda şəhid olublar. 20 Yanvar şəhidləri tariximizə qəhrəmanlıq səhifələri yazıblar. Onların adı xalqımızın yaddaşına əbədi həkk olunub.

Bu sözləri 20 Yanvar hadisələrinin iştirakçısı, ikinci qrup əlil, Qax şəhər sakini Yusif Yusifli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Şəhid ailələrinin, Qanlı Yanvar hadisələri zamanı sağlamlıqlarını itirən insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Yusif Yusifli göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.