CƏMİYYƏT


20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi müzakirə olunub

Bakı, 19 yanvar, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovla 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlarla əlaqədar ictimai birliklərinin rəhbərləri arasında işçi görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən A.Kərimov Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış soydaşlarımızın ailə üzvlərinin, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən işləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin həmin kateqoriyalardan olan vətəndaşlara xüsusi qayğısından bəhs edib, onların sosial təminatlarının gücləndirilməsi sahəsində mühüm addımların atıldığını vurğulayıb.

Nazir müavini 20 Yanvar şəhidlərinin ailə üzvlərinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin Prezidentin aylıq təqaüdləri, pensiya və ya müavinətlərlə təmin olunduqlarını, bu sosial ödənişlərdə ötən dövrdə dəfələrlə artımlar edildiyini, onlara ödənilən təqaüdlərin bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə artırıldığını deyib. Həmin kateqoriyadan olan vətəndaşların ötən dövrdə mənzillə, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların avtomobillə təminat proqramı, digər sahələrdə də qayğı ilə əhatə olunduqlarını bildiriblər.

Görüşdə 20 Yanvar şəhidlərinin ailə üzvlərinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin təklifləri də dinlənilib. Onların qaldırdıqları məsələlər qeydə alınıb və belə görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.