QAN YADDAŞI


20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar tarixi Azərbaycan xalqının qəhrəmanlıq salnaməmizdir.

Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn Zəngilandan olan məcburi köçkün Həmdulla Şıxəliyev AZƏRTAC-a müsahibəsində söyləyib.

O deyib: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən xalqımıza qarşı qanlı terror törədilib. Yüzlərlə günahsız insan - qadın, qoca və uşaqlar vəhşicəsinə öldürülüb.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. O vaxtdan 28 il keçsə də, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir. 20 Yanvar Azərbaycan xalqının hüzn və qürur günüdür.

Allah onlara rəhmət eləsin. Xalqımız onların xatirəsini hər zaman əziz tutur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.