QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi Berlində də anılıb

Berlin, 20 yanvar, AZƏRTAC

Bu gün Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar hadisələrinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib, həmin günün, eyni zamanda, müstəqillik uğrunda mübarizə tariximizin ən şanlı səhifələrindən biri, qürur və şərəf tariximiz olduğunu vurğulayıb. Bildirib ki, qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ancaq qəhrəman övladlarımız canlarını qurban verərək Azərbaycan xalqının azadlığı, ölkəmizin müstəqilliyi üçün yol açıblar. Səfir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini, şəhidlərimizin qanının yerdə qalmadığını, ölkəmizin tarixi Zəfər qazandığını və Qələbəmizin şəhidlərin ruhuna ehtiramın ən yüksək ifadəsi olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, 20 Yanvar qəhrəmanlıq tariximizdən uzun müddət keçsə də, baş verənlər unudulmur, Vətən uğrunda canlarından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərə dastan olur. Bu gün xalqımız Şəhidlər xiyabanını qürurla, başıuca ziyarət edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.