QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi İtaliyanın digər şəhərlərində də anılıb
Milan, 21 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsinin otuzuncu ildönümü İtaliyanın digər şəhərlərində də müxtəlif tədbirlərlə yad olunub. Növbəti tədbirlər Roma, Milan və Siena şəhərlərində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AIGA) və İtaliyada təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə bu şəhərlərdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb. Azərbaycanlı gənclər mərkəzi meydanlarda bir araya gələrək broşür, fotoşəkillərdən ibarət məlumatlar paylayaraq qanlı terrorla bağlı təbliğat və məlumatlandırma kampaniyası keçirib, habelə şamlarla “20 Gennaio #30”, “30” yazılı kompozisiyaları hazırlayıblar.
Yerli əhali aksiyalara böyük maraq göstərib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Milan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]