QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi Parisdə yad edilib VİDEO

Paris, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirliyin, daimi nümayəndəliyin əməkdaşları, Sen-Klu şəhərinin merinin 1-ci müavini Seqolen dö Larmina, eləcə də bu ölkədəki diaspor üzvləri Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib, əklil qoyublar. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Elman Abdullayev çıxış edərək builki anım tədbirinin fərqli olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sayəsində bu il şəhidlərimizin xatirəsini qürurla qeyd edirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Onlar Qanlı Yanvarın ildönümündə Cümhuriyyət qurucularının qəbirlərinin ziyarət edilməsinin rəmzi məna daşıdığını deyiblər.

Tədbirdə 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsində, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, beynəlxalq aləmdə tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib. 20 Yanvar hadisələrinin qəhrəmanlıq salnaməsi olduğu vurğulanıb.

Bildirilib ki, 31 il əvvəl - Qanlı Yanvar günü tanklar, ağır artilleriya Azərbaycan xalqının iradəsini, müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Şəhidlərimiz bir daha göstərdilər ki, xalqımız ata-babalarımızın müstəqillik ruhunu davam etdirirlər. 20 Yanvar milli iradəmizin zəfər çaldığı gündür.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.