QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Qeyd edək ki, Qanlı Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]