REGİONLAR


20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş inşa-yazı və rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

Masallı, 9 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Gənclər Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximizə qara hərflərlə yazılmış gün” mövzusunda keçirilən inşa-yazı və rəsm müsabiqəsinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsi ilə təhsil şöbəsinin birgə təşkilatçılığı çərçivəsində iki gün davam edən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

İnşa-yazı müsabiqəsində IX-X sinif şagirdləri arasında Masallı şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Mehriban Kazımova birinci, Sığıncaq kənd tam orta məktəbin X sinif şagirdi Səidə Şahəliyeva ikinci, Bala Kolatan kənd tam orta məktəbin X sinif şagirdi Sevinc Ağayeva üçüncü yerə layiq görülüblər.

XI sinif şagirdləri arasında Hüseynhacılı kənd tam orta məktəbin XI sinif şagirdi Günay Abdullayeva birinci, Böyük Xocavar kənd tam orta məktəbin XI sinif şagirdi Fatimə Qəzənfərova ikinci, Mahmudavar kənd tam orta məktəbin XI sinif şagirdi Murad Əliyev üçüncü yerlərə sahib olublar.

Rəsm müsabiqəsində IX-X sinif şagirdləri arasında Qızılavar kənd tam orta məktəbin IX sinif şagirdi Aytac Fərəcova birinci, Masallı şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi İman Əliyev ikinci, Böyük Xocavar kənd tam orta məktəbin X sinif şagirdi Əlisa Babayev üçüncü yeri tutublar.

XI sinif şagirdləri arasında isə Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şamxal Cavadzadə, Viləş kənd tam orta məktəbin XI sinif şagirdi Əli Əkbərov və Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rahid Cavadov fərqləniblər.

Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov, təhsil şöbəsinin metodistləri Nazim İsrafilov, Əyyar Burhanov və Əkbər Balaşoğlu Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi haqqında danışaraq, məktəblilərə təhsillərində uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.