QAN YADDAŞI


20 Yanvar tariximizə həm kədərli, həm də şərəfli gün kimi yazılıb

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar tariximizə həm kədərli, həm də şərəfli gün kimi yazılıb.

Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Bakı şəhər sakini Faiq Qəniyev AZƏRTAC-a müsahibəsində deyib.

“1990-cı il yanvar ayında mən sovet ordusunda hərbi xidmətdə idim. O günlər bizim tariximizə həm kədərli, həm də şərəfli günlər kimi yazılıb. Biz o zaman informasiya blokadasında idik. Azərbaycanda baş verənləri dünyaya çatdırmaq olmurdu. Telefon xətləri işləmirdi, indi kimi rabitə və əlaqə vasitələri mükəmməl deyildi. Bu hadisənin bütövlükdə Azərbaycan xalqının tarixində şərəfli yer tutmasına görə biz şəhidlərə borcluyuq. Bu faciə hər bir ailəyə toxundu, ağır itkilər verdik. Bizim ailədə də şəhidimiz var. Şəhidlər xiyabanında dəfn olunmuş Mirzə Qəniyev mənim doğmamdır. 20 Yanvar gecəsində yenicə ailə qurmuş Mirzə Qəniyev onurğa nahiyəsindən aldığı güllədən şəhid oldu. Çox qəmli və unudulmayacaq bir hadisədir ki, onun yeganə qız övladı o həyatını itirəndən sonra dünyaya gəldi.

F.Qəniyev qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı şəhidlərimizin ruhunu hörmətlə anır: “Biz bu gün hüzn hissi ilə bərabər qürur hissi də keçiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.