REGİONLAR


20 Yanvar tariximizin milli mübarizə və iftixar səhifəsidir

Samux, 20 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Otuz il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xəbərdarlıq etmədən Bakıya silahlı basqını, dinc, əliyalın insanların gülləbaran edilməsi, hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan xalqının azadlıq istəyinə, azadlıq arzularına qarşı yönələn qəsd idi. Vəhşicəsinə törədilən bu qəsd tariximizin qanla yazılan səhifələrindəndir. Həmin vaxt 147 nəfər mülki şəxs amansızlıqla öldürülüb, 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəhşətli faciənin acı xatirəsi yanvarın 20-də səhər saatlarında Samux rayonundakı Şəhidlər xiyabanında minlərlə sakinin iştirak etdiyi anım mərasimində bir daha yad olunub.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dua oxunub.

Qanlı faciəyə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Sonra şəhidlərin xatirə kompleksində əbədi məşəlin önünə rayon icra hakimiyyəti adından əklil qoyulub, insanlar xatirə kompleksinə qərənfillər düzüblər.

Daha sonra samuxlular şəhərdəki şəhid məzarlığına gələrək, qəbirlərin üzərinə çiçəklər qoyub, Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.