REGİONLAR


20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür

Ağdam, 18 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC 

1990-cı il 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinin ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifəsi, iftixar günüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Ağdam Musiqi Kollecində keçirilən "Tarixin qan yaddaşı" adlı tədbirdə səsləndirilib. Ağdam Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Anar Əsgərovun "20 Yanvar tariximizin qan yaddaşıdır" mövzusunda məruzəsi dinlənilib. Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev, Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Şirxan Baxşəliyev çıxış edərək, 30 il əvvəl Bakıda həyata keçirilən qanlı hadisələrdən bəhs edib, 20 Yanvarı Azərbaycanın azadlıq uğrunda mübarizə tarixinin parlaq səhifəsi kimi səciyyələndiriblər.

Bildirilib ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra verilib, qanlı faciənin bütün dünyaya tanıdılması istiqamətində məqsədyönlü iş aparılıb. Hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

Vurğulanıb ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənclər üçün vətənpərvərlik nümunəsidir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsillər də şəhidlərin qəhrəmanlığından nümunə götürməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.