CƏMİYYƏT


20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyir

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimin də xidmət aparır.

Şəhidlər xiyabanına ziyarətə gələn vətəndaşlarımızın sərbəst və maneəsiz hərəkət etmələri, respublika ərazisində 20 Yanvar faciəsi ilə əlaqədar keçirilən tədbirlər və mərasimlər zamanı, eləcə də Bakı Metropoliteninin stansiyalarında təhlükəsizliyin təmin olunması üçün polis əməkdaşları qüvvələrini səfərbər ediblər.

Həmçinin tıxacların yaranması ehtimal olunan ərazilər əvvəlcədən müəyyən edilərək nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görüləcək.

Saat 12.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən səs siqnallarının verilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.