QAN YADDAŞI


20 Yanvar xalqımızın azadlıq arzusundan dönməyəcəyini bir daha sübut etdi

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar tariximizin qanlı, həm də şanlı səhifəsidir. 20 Yanvar xalqımızın azadlıq arzusundan dönməyəcəyini bir daha sübut etdi.

Bu fikirləri Şəhidlər xiyabanını ziyarətə gələn Bakı sakini, həkim-stomatoloq Seymur Mirzalıyev AZƏRTAC-a müsahibəsində bildirib.

S.Mirzalıyev şəhidlərin xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi yolunda canlarından keçdiklərini, onların xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb. O deyib: “20 Yanvar hadisələri qan yaddaşımıza əbədi həkk olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.