QAN YADDAŞI


20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

Bakı, 19 yanvar, AZƏRTAC

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl 20 Yanvar faciəsinin iştirakçılarının və şəhidin ailəsinin Qaradağ rayon rəhbərliyi ilə görüşü olub. Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak edib.

Qanlı Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən rayon rəhbərliyi bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini bildirdi. 20 Yanvar milli matəm günü olmaqla yanaşı, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilib və tam siyasi-hüquqi qiymətini alıb.

Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi qalacaq.

Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirilib. Sonra 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərilib.

Görüşdən sonra 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “20 Yanvar – xalqımızın Qəhrəmanlıq salnaməsidir” adlı ümumrayon anım tədbirində rayon rəhbərliyi, Milli Məclisin deputatı Aydın Hüseynov, Şura üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 5 nömrəli Uşaq İncəsənət Məktəbinin və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı 20 yanvar hadisələrinə həsr olunmuş rəsm sərgiləri ilə tanış olublar.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Filmdə imperiya ideyaları uğrunda günahsız insanlara qarşı törədilən amansız vəhşilik bir daha izlənilib.

Tədbir Qaradağ rayonunun Müşviqabad qəsəbəsindəki Mədəniyyət evi kollektivinin və Qaradağ rayon ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Sonda Azərbaycan dövlət himni səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.