QAN YADDAŞI


20 Yanvar xalqımızın şanlı azadlıq tarixidir

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş onlayn müzakirə keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra ADPU-nun ictimai təşkilatlarının 20 Yanvar hadisələri ilə bağlı gördüyü işlər təqdim olunub, bu hadisələrin qan yaddaşı olmaqla yanaşı, həm də xalqımız və millətimizin şanlı azadlıq tarixi olduğu vurğulanıb.

2021-ci ildə Zəfər tariximizin və şəhidlərimizin təbliği istiqamətində görüləcək işlər müzakirə olunub, təkliflər dinlənilib. Qeyd edilib ki, son dəqiqləşdirmələrə əsasən, ADPU-nun Vətən müharibəsindəki şəhidlərinin sayı 11 nəfərdir.

Şəhid və qazilər haqqında “ADPU Qəhrəmanları” kitabının hazırlanmasının, o cümlədən digər silsilə tədbirlərin icrası, bu işlərə tələbələrin töhfəsinin önəmindən söz açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.