REGİONLAR


20 Yanvar xalqımızın şərəf tarixidir

Şamaxı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxıdakı Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sosial izolyasiya qaydalarına uyğun şəkildə Şəhidlər xiyabanını ziyarət edən mərasim iştirakçıları öncə Azərbaycanımızın müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib və onların ruhlarına dualar oxunub.

Şəhidlərin ruhuna ucaldılan abidənin önünə əklil qoyulub, məzarları üzərinə tər çiçəklərə düzülüb.

20 Yanvar faciəsini ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri bu vəhşiliyi xalqımıza qarşı sovet imperiyasının apardığı kinli siyasətin nəticəsi olduğunu söyləyiblər. Məqsəd xalqımızın azadlıq əzmini qırmaq olsa da, buna nail ola bilməyiblər. Əksinə, məhz bu gün həm də xalqımızın şərəf tarixi, Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda əzminin, inamının dönməzliyini göstərib.

Sonra mərasim iştirakçıları Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlunun və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarlarını ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.