Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

20 Yanvar: xalqın milli ləyaqət hissinin top-tüfəngə qalib gəldiyi gün FOTOKOMPOZİSİYA

20 Yanvar: xalqın milli ləyaqət hissinin top-tüfəngə qalib gəldiyi gün  FOTOKOMPOZİSİYA

Bakı, 19 yanvar, AZƏRTAC

Həmin soyuq qış günü iki qüvvə üz-üzə dayanmışdı: bir tərəfdə azadlıq istəyən əliyalın xalqın milli ləyaqət hissi, digər tərəfdə təpədən-dırnağadək silahlanmış imperiya ordusu. Azərbaycana, onun paytaxtı Bakıya hücum əmri verənlər düşünürdülər: qıracağıq, qorxub qaçacaqlar, heç kəs küçəyə çıxmağa cəsarət etməyəcək. Onlar yanıldılar: törədilən kütləvi qırğına, fövqəladə vəziyyət rejiminə baxmayaraq, xalq nəinki geri çəkilmədi, əksinə, şəhidlərin dəfn mərasimində Bakı görünməmiş izdiham yaşadı. Şəhidlər milyonlarla insanın çiynində son mənzilə yola salındı. Xalqın milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir, qürur doğuran bir tarixdir.

20 Yanvarın Azərbaycan tariximizdəki yeri və rolu illər keçdikcə daha aydın dərk olunur. O günlərdən uzaqlaşdıqca hadisəyə baxışlarımız dəyişir. Bir vaxt ağlayıb-sızlayır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıq. Sonradan kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi baş qaldırdı.

“1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”, - ulu öndər Heydər Əliyev tariximizin qanlı və şanlı səhifəsi olan 20 Yanvarı məhz belə səciyyələndirib.

Qışın ən soyuq, azadlıq mübarizəsinin ən qızğın günü

1990-cı ilin 20 yanvarı, qışın ən soyuq günlərindən biri... Bu soyuq qış gecəsi Bakının küçə və meydanları insanlarla dolub-daşırdı. Azadlıq mübarizəsinin bu qaynar günü ürəklərə yalnız bir hiss hakim kəsilmişdi: öldü var, döndü yoxdu. İnsanların gülləyə tutulduğu, tankların tırtılları altında əzildiyi bu qış gecəsi əslində azadlıq günəşi doğurdu. Bu, tariximizdə dönüş nöqtəsi oldu və çox keçmədən Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşdu. Şəhidlər tarixə azadlıq müjdəsi gətirən qaranquşlar kimi düşdü.

Bu gün 90-cı ilin Bakısından, 29 il əvvəlki Azərbaycandan əsər-əlamət qalmayıb. İmzalar içində imzamız var, bayraqlar sırasında bizim də bayrağımız dalğalanır. Xalq 29 il əvvəl bunu arzulayırdı, onun qəhrəman övladları canını bu ideal naminə qurban vermişdi. İllər ötüb keçir, hər şey dəyişir. Zamanın axarında dəyişməz qalan isə xalqın şəhidlərə hörmət və ehtiramıdır.

Biz ötüb keçən zamanın fonunda dünyanın soyuq üzünü, xalqımızın faciəsinə özgə dərdi kimi baxdığını da gördük. 90-cı ilin yanvarında Bakıya hücum əmri verən, yüzlərlə günahsız insanın ölümünə bais olan Mixail Qorbaçova Nobel sülh mükafatı verdilər: nahaq axıdılan qan və sülh mükafatı...

Böyük dayaq

Faciənin ertəsi gün o vaxt Moskvada yaşayan Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza güc verdi, ona böyük dayaq oldu.

Bir xalqın başına gətirilən müsibətin bu gün on minlərlə, bəlkə də yüz minlərlə şahidi var. İmperiya qoşunlarının 29 il əvvəl Bakıda törətdiyi hərbi cinayətin digər təkzibolunmaz dəlil-sübutu fotoşəkillərdir. AZƏRTAC-ın fotoarxivində 20 Yanvar faciəsinin miqyasını, Azərbaycan xalqının müsibətini və yenilməzliyini əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Qanlı epizodların, şəhidlərin dəfnində yaşanan nəhəng izdihamın, kədərli insan simalarının, fəryad qoparan anaların, qız-gəlinin əks olunduğu bu fotolar xalqın faciəsini və qəhrəmanlığını, milli ləyaqət hissini necə qoruduğunu zamandan-zamana daşıyır.

Həmin fotolar yaddaşımızı təzələyir, baş verənləri bir daha göz önündə canlandırır...

20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin milli mənafeyə zidd mövqeyi güclü etiraz dalğası doğurmuşdu. Bakıda və digər şəhərlərdə aramsız mitinqlər keçirilirdi. Sonradan bu mitinqlərdə xalqın azadlıq istəyini əks etdirən şüar və plakatlar, Xalq Cümhuriyyəti dövrünün üçrəngli bayrağı görünməyə başladı. Beləliklə, əldən gedən torpaq uğrunda mübarizə tədricən azadlıq hərəkatına çevrildi.

Bundan qorxuya düşən imperiya çıxış yolunu Bakıda fövqəladə vəziyyət rejimi elan etməkdə gördü, nəhayət, Azərbaycana qoşun yeritdi. Həmin günlər küçə və meydanlarda çəkilmiş fotolarda 20 Yanvar ərəfəsində yaranmış ictimai-siyasi vəziyyət, xalqın əhval-ruhiyyəsi də əksini tapıb.

20 Yanvarın qanlı statistikası

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı ətrafında yerləşdirilmiş hissələri heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə soxuldu. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər fərqinə varmadan qarşılarına çıxan hər kəsə atəş açırdılar.

Səhər açılanda indiki “20 Yanvar” dairəsində (onda həmin ərazi XI qızıl ordu meydanı adlanırdı) və ona yaxın küçələrdə qanlı cinayətin tükürpədən izləri göründü: tankların əzib keçdiyi insanlar, avtobus və avtomobillər, yan-yana düzülmüş cəsədlər. Xəstəxanalar yaralılarla dolub-daşırdı. Sovet əsgərinin hədəf aldığı insanların arasında qadınlar və qocalar, şagird və tələbələr, müxtəlif millətlərin nümayəndələri vardı.

Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu.

Bu qanlı hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır”.

Bəzi məlumatlara görə, hadisə ərəfəsində Bakıya və Bakı ətrafına sovet ordusunun və daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik kontingenti (aralarında bir çox erməni olmaqla) yerləşdirilmişdi. Onlar yanvarın 20-də Bakıda misli-bərabəri olmayan vəhşiliklər törətdilər.

“Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatdan: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.

O vaxt nə rəqəmsal fotoaparatlar vardı, nə də smartfonlar. Fotomüxbirlər çox çətinliklə də olsa da, bu kütləvi qırğının ayrı-ayrı epizodlarını fotoobyektivə köçürə bildilər. Bakıya hərbi müdaxilənin, cəza əməliyyatının ağır nəticələrini əks etdirən bu ağ-qara fotolar imperiya rəhbərliyinə, bu qanlı cinayətin təşkilatçılarına və icraçılarına qarşı bir ittiham aktı olaraq qalır və qalacaq.

Həmin gün xalq faciə və qəhrəmanlığı eyni vaxtda yaşadı

20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı nadir səhifələrdən biri kimi yazılıb. Şəhidlər son mənzilə möhtəşəm izdihamla yola salındı. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici idi. Xüsusən ona görə ki, bu ağır gündə milli ləyaqət hissini qoruyub saxlayan xalq ona tuşlanmış silahlara, açılan atəşlərə baxmayaraq, qəhrəman övladlarının cənazələrini uzun yolboyu çiyinlərində daşıdı.

Fotoşəkillər bizi bir daha 1990-cı ilin 22 yanvarına qaytarır: Bakının ən yüksək nöqtələrindən birində - o vaxt “Dağüstü park” adlanan yerdə şəhidlər üçün məzarlar qazılıb. Cənazələr indiki “Azadlıq” meydanına düzülüb. Şəhidlərlə vidalaşmaq üçün buraya milyonlarla insan toplaşıb. İnsan seli məzarlığa yaxınlaşır. Doğmalarını, əzizlərini itirmiş insanların ağrı-acılarını, keçirdikləri hissləri fotolar özündə yaşadır...

 

Şəhid qanı və 20 Yanvarın fədakarlıq dərsi

Onlar Vətənin azadlığı naminə şəhid oldular, bununla da milyonlara fədakarlıq dərsi keçdilər. Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin fədakarlığına, Vətən və xalq qarşısındakı xidmətlərinə verdiyi qiymət bu baxımdan olduqca səciyyəvidir: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Şəhidlər xiyabanı Azərbaycanın 29 il əvvəl yaşadığı böyük faciənin nişanəsi olmaqla yanaşı, eyni zamanda, xalqımızın yenilməz iradəsinin, milli ləyaqət hissinin simvoludur. Özündə ümummilli kədər və iztirabı yaşatmaqla bərabər, həm də mübarizlik məktəbidir.

Burada hər gün müxtəlif yaşda insanlar görmək olur. Onlar şəhid məzarları önündə ayaq saxlayır, qranit lövhəyə həkk edilmiş adları oxuyur, burada uyuyanlardan qəhrəmanlıq dərsi alırlar. 20 Yanvar günü isə Şəhidlər xiyabanına əsl insan seli axışır. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, 29 il əvvəl baş verənlərin mənası zaman keçdikcə daha da aydınlaşır. Xalqımız azadlıq arzusuna qovuşub, hər birimiz müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzular həqiqət oldu.

Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”. 

Bu qana obrazlı qiyməti isə mərhum şairimiz Bəxtiyar Vahabzadə özünün “Şəhidlər” poemasında verib:

Qatil gülləsinə qurban gedirkən,

Gözünü sabaha dikdi Şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən torpağına çəkdi Şəhidlər…

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq