ELM VƏ TƏHSİL


20 Yanvarda törədilən qətl hadisələri Azərbaycan xalqının iradəsini qıra bilmədi

Bakı, 18 yanvar, AZƏRTAC 

Yanvarın 18-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı 20 Yanvar hadisələrinin səbəblərini, həyata keçirilməsi üsullarını və nəticələrini izah edib, bu tarixi günü həm hüzn, həm də qəhrəmanlıq səhifəsi kimi səciyyələndirib. Bildirib ki, həmin hadisəyə ilk qiyməti ümummilli lider Heydər Əliyev Moskvada keçirdiyi mətbuat konfransında verib.

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Ramilə Dadaşova qeyd edib ki, sovet ordusu tərəfindən Bakıda 1990-cı il 20 Yanvar hadisələrinin törədilməsində əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olub.

Tədbirdə çıxış edən ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev vurğulayıb ki, 20 Yanvarda törədilən qətl hadisələri azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilmədi, xalqımızın azadlıq, müstəqillik uğrunda mücadiləsini daha da gücləndirdi.

Gürcüstanşünaslıq şöbəsinin müdiri Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə, elmi katib Südabə Hüseynova, tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, institutun əməkdaşı Aydın Eyvazov çıxışlarında Qanlı Yanvar hadisələrindən bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.