QAN YADDAŞI


20 Yanvarda törədilən qətl hadisələri Azərbaycan xalqının iradəsini qıra bilmədi

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, gənclər təşkilatlarının üzvləri, fəal gənclər, tələbələr iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Daha sonra Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin şagirdlərinin və məzunlarının ifasında müvafiq xalq musiqi kompozisiyaları səsləndirilib, “Müqəddəs Məkan” sənədli film nümayiş olunub.

Qeyd edilib ki, 20 Yanvarda törədilən qətl hadisələri Azərbaycan xalqının iradəsini qıra bilmədi. Həmin gecə həyatlarını qurban verən Vətən övladları Azərbaycanın tarixində yeni bir səhifə, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. İllər ötdü və bu gün müstəqil Azərbaycan Respublikasının tarixinə 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.