Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

20 iyun Ümumdünya Qaçqınlar Günüdür

20 iyun Ümumdünya Qaçqınlar Günüdür

Bakı, 20 iyun, AZƏRTAC

20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevirib.

Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb.

Ermənistan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb. Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.

Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifəsi hesab edib. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, indiyədək 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Son bir ildə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilib. Ötən il 5800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bu da rekord göstəricidir. Bu məcburi köçkünlər arasında Milli Qəhrəman, şəhid ailələri, müharibə veteranları və əlillər də var. Ötən bir il ərzində istifadəyə verilmiş “Qobu Park”, Ümid qəsəbəsindəki (Qaradağ rayonu) yeni yaşayış binaları, Abşeron və Sumqayıtda salınmış yaşayış komplekslərində 192 şəhid, 2 Milli Qəhrəman ailəsinə, 147 Qarabağ müharibəsi iştirakçısı və əlilinə, Aprel döyüşlərinin 4 iştirakçısına yeni mənzil verilib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda yaşayış komplekslərinin və fərdi evlərin tikintisi davam etdirilir. Bu il 6 mindən çox məcburi köçkün ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulub.

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir. Hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri Mehriban xanımın tapşırığı ilə yeni mənzillərlə birinci növbədə təmin edilirlər.

Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, dövlətimizin siyasi, sosial-iqtisadi potensialının göstəricisidir.

Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə qurulub. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Qeyd etdiyim kimi bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. Görülən fəaliyyətin nəticəsi olaraq, 15 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb. Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam icra olunsun. Əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu məsələ həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər.

Prezidentin apardığı islahatlar çərçivəsində qaçqınlar və məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, neqativ hallara imkan yaradan boşluqların aradan qaldırılması, xüsusən, mənzillərin verilməsində ədalətin və şəffaflığın təmin edilməsi mühüm vəzifə olaraq qarşıya qoyulub.

Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması dövlətimizin sosial siyasətində əsas istiqamətlərdəndir. Prezidentin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” tarixi Sərəncamı bunu bir daha təsdiq edir. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği bu il aprelin 1-dən 50 faiz artırılıb. Dövlət başçısının Sərəncamı hazırda vahid aylıq müavinət alan 500 mindən çox məcburi köçkünə şamil edilir. Bu, məcburi köçkünlərin vahid aylıq müavinətinin artırılması üçün son bir ildə verilmiş ikinci Sərəncamdır. Belə ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2018-ci il martın 1-dən müavinətlər 10 faiz artmışdı. Nəticədə bir il ərzində ümumilikdə götürdükdə müavinətin məbləğində 70 faiz artım olub.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ilk dəfə 2018-ci il iyunun 22-də Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, oktyabrın 26-da isə “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirlərində, ümumilikdə, məcburi köçkünlərə 994 vakant iş yeri təklif olunub. 2019-cu ilin ilk əmək yarmarkası isə mayın 7-də Abşeron rayonunda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində keçirilib. Yarmarkada 80 müəssisədən 881 vakant iş yeri təqdim olunub. Məcburi köçkünlərin məşğulluğunun artırılmasına dəstək məqsədi ilə əmək yarmarkalarının keçirilməsi davam edəcək. Bundan başqa, bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğunu artırmaq məqsədi ilə digər dövlət qurumları və özəl təşkilatlar tərəfindən həyata keçirilən layihələrə dəstək verilib.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi digər dövlət qurumları tərəfindən də həyata keçirilir. 2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün “İşsizin DOSTu” proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas qruplardan biri olan məcburi köçkünlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarına sahib olmaları sahəsində də işlər davam etdirilir. Cari ilin yanvar-aprel aylarında bu proqrama 1610 nəfər cəlb olunub ki, onlardan 400-ə yaxını məcburi köçkündür. 2019-cu ilin əvvəlinə olan göstəricilərə əsasən, əmək qabiliyyətli məcburi köçkünlər 366,9 min nəfər təşkil edir ki, bunlardan 198 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 134 min nəfəri isə mövsümi işlə təmin olunub. Əmək qabiliyyətli işsiz məcburi köçkünlərin sayı, ümumilikdə 34,9 min nəfərdir.

Xanım Mehriban Əliyevanın Birinci vitse-prezident postuna təyin olunmasından sonra məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət intensiv və sistemli xarakter alıb. 2017-ci il martın 9-da Birinci vitse-prezidentin ilk müşavirəsini ən ağır vəziyyətdə, qəzalı binalarda, hər an uçmaq təhlükəsi olan yaşayış sahələrində müvəqqəti məskunlaşmış məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə həsr etməsi onun bu sahəyə olan diqqətindən xəbər verir. Məhz həmin müşavirədə dövlət qurumlarına müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı göstəriş verilib, həmçinin özəl sektora müraciət edilib. Özəl şirkətlər də bu sahədə korporativ sosial məsuliyyəti dərk edərək dövlətin həyata keçirdiyi işlərə töhfə verilməsi haqqında qərar qəbul ediblər. Təqdirəlayiq haldır ki, buna cavab olaraq ilk dəfə ölkəmizdə salınmış ən böyük qəsəbələrdən birinin - Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin əsası qoyuldu və bir ildən az müddətdə 1026 mənzildən ibarət, zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş yaşayış kompleksi istifadəyə verildi. Həmin kompleksin açılışında iştirak edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva özəl sektorun bu fəaliyyətini, sosial məsuliyyətini yüksək dəyərləndiriblər. Gələcəkdə də iş adamlarının bu sahəyə töhfə verməsi ilə bağlı müraciət edilib. Hazırda “Qobu Park-2” yaşayış kompleksində son tamamlama işləri gedir. Yaxın müddətdə 1200 ailəlik ikinci yaşayış kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün yaşayış binaları da özəl sektor tərəfindən inşa edilib.

Bu ilin aprelində Prezident İlham Əliyev Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış 810 mənzilli yaşayış kompleksinin açılışını edib. Buradakı binalara məcburi köçkünlərin köçürülməsi başa çatıb. Yeni mənzillərə Kürdəxanı qəsəbəsi ətrafında qəzalı və ağır, həyat üçün təhlükəli şəraitdə yaşayan ailələr köçürülüb.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bu il bir neçə yaşayış kompleksinin inşasına başlanması, bir neçəsinin isə istifadəyə verilməsi nəzərdə tutulub. Belə ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin inşası başa çatmaq üzrədir. Üç ədəd doqquzmərtəbəli yaşayış binası, 220 yerlik məktəb binasının texniki infrastruktur obyektləri ilə birlikdə yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır. Bir qədər əvvəl qeyd etdiyim kimi, Mehriban Əliyevanın təşəbbüsü ilə özəl sektor tərəfindən inşa edilən “Qobu Park-2” yaşayış kompleksində işlər yekunlaşıb. 1200 yerlik bu yeni qəsəbə də yaxın günlərdə istifadəyə veriləcək.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bölgələrdə də davam edir. Beyləqan rayonunda ağır şəraitdə yaşayan 146 məcburi köçkün ailəsi üçün sosial-texniki infrastrukturu olan fərdi yaşayış evlərindən ibarət qəsəbədə, Şirvan şəhərində yataqxanalarda məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün isə 13 ədəd doqquzmərtəbəli yaşayış binalarından ibarət məhəllədə son tamamlama işləri aparılır. Hər iki kompleksdə məktəb, bağça və digər zəruri infrastruktur obyektləri inşa edilib. Eyni zamanda, 2019-cu ildə Kürdəmir, Ucar, Göygöl, Göyçay, Füzuli və Ağcabədi rayonları ərazisində yeni yaşayış kompleksləri tikilib istifadəyə veriləcək. Azərbaycan dövləti məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edir və bundan sonra da istifadə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib