MƏDƏNİYYƏT


20 sentyabr – Ümumdünya paelya günüdür

Madrid, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Ümumdünya paelya günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, məşhur paelya yeməyindən fərqli olaraq, Ümumdünya paelya günü yeni bayramdır: o, cəmi üç il bundan əvvəl təsis edilib.

Beynəlxalq paelya günü təkcə İspaniyada deyil, İtaliya, Hollandiya, Fransa, Rusiya, ABŞ, Yaponiya, İsveçrə, İngiltərə və Ekvadorda da qeyd edilir.

Paelya Valensiya mədəniyyətinin rəmzi və Valensiya mətbəxinin “kulinaruya səfiri”dir, bu gün bu yeməyin reseptlərinin sayı-hesabı yoxdur. Ümumdünya paelya gününün qeyd edilməsi tarixi heç də təsadüfən seçilməyib. Sentyabr - düyü yığılan aydır, düyü isə paelyanın əsas inqrediyentidir. Orijinal paelya reseptinə daxil olan toyuq, dovşan, ilbizlər, paxla, ənginar və başqa məhsullar düyü ilə qarışdırılır. Bu yolla alınan ləzzətli yeməyi dadmamaq mümkün deyil.

Beynəlxalq paelya günü bayramını təbliğ etmək üçün # worldpaelladay heşteqi, həmçinin paelya ilə dolu tava şəklində loqotip yaradılıb.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.