İQTİSADİYYAT


20 və 94 nömrəli marşrut xətləri ilə bağlı müsabiqənin müddəti uzadılıb

Bakı, 6 iyul, Elvin Camalov, AZƏRTAC

20 və 94 nömrəli marşrut xətləri ilə bağlı müsabiqənin müddəti uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı elan edilən müsabiqənin keçirilməsi iyunun 6-dan 7 iş günü müddətinə uzadılır. Buna səbəb iyulun 3-4-də elektrik təminatında yaranan problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin xüsusi rejimdə fəaliyyət göstərməsidir.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası”na uyğun keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər daha ətraflı məlumatı www.bna.az saytından əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.