REGİONLAR


“Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunacaq

“Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunacaq

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 29-da Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə reallaşdırılan “Peşəkarla görüş” layihəsinin növbəti tədbiri keçiriləcək.

MDU-dan AZƏRTAC-a bildirilib ki, “Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat" mövzusunda təşkil olunacaq görüşdə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət göndərə bilərlər.

Görüşün qonağı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev olacaq.

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.