REGİONLAR


Mingəçevir Dövlət Universitetinin kollektivi Mingəçevir Sukanal idarəsinə ekskursiya edib

Bakı, 24 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı “Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən “Birləşmiş Sukanal” MMC-nin Mingəçevir Sukanal idarəsində ekskursiyada olublar.

MDU-dan AZƏRTAC-a bildirilib ki, ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi çərçivəsində baş tutub.

Ekskursiya çərçivəsində idarənin və universitetin kollektiv üzvlərinin iştirakı ilə elmi-praktiki seminar təşkil olunub. Seminarda MDU-nun Fizika və ekologiya kafedrasının dosenti Pərvanə Səfərova “Su hövzələrinin çirklənməsi və su hövzələrinin təmizlənməsi”, magistrant Cavid Abbasov “Çirkab suların ozon ilə təmizlənməsi” mövzusunda çıxış edib və müzakirələr aparılıb.

Daha sonra MDU-nun ekskursiya heyəti idarənin istehsalat bölmələri və laboratoriyası ilə tanış olublar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların dünyagörüşlərinin, praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.