ELM VƏ TƏHSİL


BDU-nun professoru Mingəçevir Dövlət Universitetində seminar keçirib

Bakı, 24 aprel, AZƏRTAC

Cari ilin aprelin 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) professoru, filologiya elmləri doktoru Sevinc Məhərrəmova tərəfindən “Dilçilikdə lakunalar problemi” mövzusunda seminar keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin müvafiq akademik heyət üzvlərinin, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alan tələbə və magistrantlarının iştirak etdiyi seminarda professor S.Məhərrəmova məruzə ilə çıxış edib. Məruzədə dilimizdə və digər müxtəlif dillərdə mövcud olan lakuna problemindən bəhs edilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda mövzu ilə bağlı müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-da təhsil alanların bilik və bacarıqlarının artırılması məqsədilə qabaqcıl yerli universitetlərlə, o cümlədən BDU ilə əməkdaşlıq çərçivəsində müvafiq təlimlərin və seminarların təşkilinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.