CƏMİYYƏT
Xəzər rayonunda iftar süfrəsi təşkil olunub
Bakı, 28 aprel, AZƏRTAC
İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə Xəzər rayonunda iftar süfrəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri və aztəminatlı ailələr iştirak ediblər.
İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs olunub və şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.