SİYASƏT


Misir portalı: Prezident İlham Əliyev beynəlxalq təşkilatların yeni reallıqları qəbul etdiyini bildirib

Qahirə, 29 aprel, AZƏRTAC

Misirin “Əl Diplomasi” portalı Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışından əsas məqamları yayımlayıb.

AZƏRTAC-ın xəbərinə istinadla yayımlanan materialda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı qarşıda duran ən mühüm məsələlərdən birinin də beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yeni reallıqları daha da gücləndirmək, regionla bağlı strategiyanı və vizyonumuzu təqdim etməkdən ibarət olduğunu söyləyib.

Misirli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsinin də çox əhəmiyyətli olduğunu və bunun baş verdiyini vurğulayıb.

Bundan başqa, Livanın rəsmi NNA agentliyinin saytında və Misirin “Baladi” portalında Prezident İlham Əliyevin Azərbaycanın qaz ixracatı üzrə öhdəliklərini 100 faiz yerinə yetirdiyi, bununla bağlı İtaliya ilə yanaşı, Avropa ölkələrindən müraciətlər daxil olduğu barədə fikirlərinin yer aldığı xəbərlər yayımlanıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.