İDMAN


Basketbol üzrə Avroliqanın finalında “Anadolu Efes” və “Real Madrid” klubları qarşılaşacaq

Belqrad, 20 may, AZƏRTAC

Basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu Türkiyənin “Anadolu Efes” və İspaniyanın “Real Madrid” klubları arasında keçirilən matçın qalibi olacaq.

AZƏRTAC xəbər verir ki, Serbiyanın paytaxtı Belqrad şəhərinin ev sahibliyi etdiyi basketbol üzrə Avroliqanın “Dördlər finalı”nda “Anadolu Efes” Yunanıstanın “Olimpiakos” klubunu 77-74 hesabı ilə məğlub edib. İkinci yarımfinalda ispan klubları - “Real Madrid” və “Barselona” qarşı-qarşıya gəlib. Matçda 86-83 hesabı ilə “Real Madrid” klubu üstün olub.

Beləliklə, mayın 21-də keçiriləcək basketbol üzrə Avroliqanın finalında “Anadolu Efes” və “Real Madrid” klubları çempionluq uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, “Anadolu Efes” ötən il, “Real Madrid” isə 10 dəfə Avropa basketbolunun bir nömrəli kubokuna yiyələnib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.