DÜNYA


Baltikyanı ölkələrin xarici işlər nazirləri birgə bəyanat imzalayıblar

Vilnüs, 20 may, AZƏRTAC

Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokol sənədlərinin qısa bir zamanda ratifikasiya olunmasına dəstək verəcəklərini bəyan ediblər.

AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, Baltikyanı ölkənin xarici işlər nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olmasına dəstək məqsədilə birgə bəyanat imzalayıblar.

Bəyanatda Baltikyanı ölkələrin skandinaviyalı dostlarına Alyansa qəbul olunmaları üçün bütün mümkün dəstəyi göstərəcəyi bildirilir. “Biz qoşulmağa dair protokol sənədlərinin imzalandıqdan sonra dərhal ratifikasiya edilməsini öhdəmizə götürürük”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatda Finlandiya və İsveç ölkələrinin NATO-ya üzvlüyünün Baltik dənizi regionunun təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcəyi, həmçinin regional müdafiə, təhlükəsizlik əməkdaşlığı üçün yeni perspektivlər açacağı da vurğulanır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.