DÜNYA


“Ford" şirkəti qüsur səbəbindən 39 min avtomobilini geri çağırmağa qərar verib

Bakı, 20 may, AZƏRTAC

Dünyanın məşhur avtomobil istehsalçılarından olan “Ford” şirkəti qəfil yanğın riskini artıran qüsur səbəbindən 39 min avtomobilini geri çağırmaya qərar verib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, şirkəti bu qərarı verməyə vadar edən səbəb avtomobillərdə baş verən yanğınlarla bağlı 16 müraciətin daxil olmasıdır. “Ford” problem həll olunana qədər avtomobilləri açıq havada, binalardan uzaqda saxlamağa çağırır.

Avtomobil istehsalçısı mühərrikdə alovlanmanın avtomobil hərəkətdə olarkən, park edilərkən və hətta avtomobil işləmədiyi zaman da baş verə biləcəyini istisna etməyib. Şirkət mövcud problemi necə həll edəcəyini hələ dəqiqləşdirməyib. Müraciətlərə əsasən, yanğınlar zamanı xəsarət alan olmayıb və yanan avtomobillərin əksəriyyəti icarə xidmətlərinə məxsus olub.

Mövcud nasazlıq 2021-ci il istehsalı olan “Ford Expedition və Lincoln Navigator modellərində aşkar edilib. Bu avtomobillər geri çağırılacaq. Şirkət “Ford” 310 min Super Duty F-250, F-350, F-450 və F-550 yük avtomobillərini də nasaz hava yastığı probleminə görə geri çağırdığını da açıqlayıb.

“Ford” indiyədək 30 dəfə avtomobillərini geri çağırdığını elan edib və bu, 3,5 milyon avtomobilə şamil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.