DÜNYA
Volodimir Zelenski “Time” nəşrinin versiyasına görə ilin ən nüfuzlu insanı olub
Bakı, 20 may, AZƏRTAC
Amerikanın “Timе” nəşrinin oxucularının versiyasına əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski ilin ən nüfuzlu insanı seçilib.
AZƏRTAC xəbər verir ki, Volodimir Zelenski 3,3 milyon səs (ümumi səslərin 5 faizi) toplayaraq “Time” oxucuları reytinqində ilk yeri tutub.
Həmçinin 3,5 faiz səs toplayan “SpaceX” və “Tesla” kompaniyalarının rəhbəri İlon Mask reytinqdə ikinci yerdə gəlir. Siyahıda üçüncü yerdə Böyük Britaniyanın Baş naziri Boris Conson, dördüncü yerdə tibb işçiləri, beşinci yerdə isə ABŞ Prezidenti Cozef Bayden qərarlaşıb.
İlin ən nüfuzlu adamlarının yekun siyahısı mayın 23-də dərc olunacaq. Onu “Time” qəzetinin redaktorları formalaşdıracaq.
Xatırladaq ki, Volodimir Zelenski artıq aprel ayında “Time” jurnalının üz qabığına düşmüşdü. O zaman nəşr Ukrayna liderinin Ali Baş Komandan kimi müharibədəki rolu və həyatı haqqında geniş material dərc etmişdi.