DÜNYA


Ermənistanda KTMT-nin sabiq baş katibi Xaçaturovun oğlu həbs edilib

Bakı, 20 may, AZƏRTAC

Ermənistanda KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov həbs olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ermənistan istintaq komitəsi tərəfindən yayılıb. İqor Xaçaturovun baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis əməkdaşına güc tətbiq etməkdə ittiham olunduğu bildirilir.

“Əldə edilmiş sübutlar əsasında İqor Xaçaturova “hakimiyyət nümayəndəsinə münasibətdə güc işlətmək” maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə onun həbsi barədə iddianaməni təmin edib”, - istintaq komitəsinin saytında dərc olunmuş məlumatda belə deyilir.

Komitədən bildiriblər ki, insident mayın 17-də baş verib.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət Ermənistanı dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.