İDMAN


Ramil Cabbarov: Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün təkmilləşdirmə layihəsi davamlı olacaq

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Gənclər və İdman Nazirliyində qurumun əməkdaşları üçün təkmilləşdirmə layihəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində nazirliyin 30 əməkdaşına təlimlər keçilir.

Gənclər və İdman Nazirliyinin kadr hazırlığı sektorunun baş məsləhətçisi, təkmilləşdirmə layihəsinin rəhbəri Ramil Cabbarov AZƏRTAC-a müsahibəsində belə bir layihənin ilk dəfə həyata keçirildiyini bildirib: “Layihənin əsas məqsədi qurumun həm gənclər, həm idman istiqamətində çalışan əməkdaşlarının kompetensiyalarının yüksəldilməsi, eyni zamanda daxili təlimçi bazanın formalaşdırılmasıdır. Layihənin birinci mərhələsində 30 əməkdaş üçün 15 mövzu üzrə müasir təlimlər təşkil olunacaq. Təlimin ikinci mərhələsində isə regionlar üzrə bölgü aparılacaq və hər əməkdaş regionlara məsul şəxslər olacaqlar. Onlar yerlərə gedəcək, öyrəndikləri təlimləri bölgələrdə tətbiq edəcəklər”.

R.Cabbarov bildirib ki, gənclər sektorunda fəaliyyət göstərən işçilər gənclər evlərində, idman sektorunun əməkdaşlar isə idman qurğularında çalışan əməkdaşlar üçün təlim keçəcək, növbəti mərhələdə isə yerlərdə keyfiyyət göstəriciləri müəyyənləşdiriləcək, tapşırıqlar veriləcək. Yekunda isə hansı istiqamətlərdə dəstəyə ehtiyac olacaqsa yenidən təlimlər keçiriləcək. Birinci mərhələdə 30 əməkdaşın təlimçi kimi yetişdirilməsi iki ay davam edəcək, iki aydan sonra 3 ay müddətində regionlarda təlimlər təşkil ediləcək. Bundan sonrakı proses isə illik olacaq. Otuz nəfərdən başqa digər əməkdaşların da təlimlərə cəlb olunması planlaşdırılır”.

Layihə rəhbəri qeyd edib ki, 15 mövzu idarəetmə, şəxsi və davranış bacarıqlarının yüksəldilməsini əhatə edir. Nazirlikdə texniki bacarıqların yüksəldilməsi ilə bağlı təlimlərin də təşkil olunduğunu bildirən R.Cabbarov əməkdaşlara ofis proqramı üzrə də təlimlər keçirildiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.