İQTİSADİYYAT


İtaliya şirkəti ilə əməkdaşlıq əlaqələri müzakirə edilib

Bakı, 25 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) İtaliyanın “Iveco Truck & Bus” şirkətinin Asiya bölgəsi üzrə rəhbəri Koray Kurşunoğlu, şirkətin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Roman Smirnov və digər əməkdaşları ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Tex-Import” MMC-nin direktoru Samir İbadullayevin görüşü keçirilib.

İZİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sumqayıt Kimya Sənaye Parkında “IVECO” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.

Qeyd edək ki, bu ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilən “Az-Tex-Import” MMC Parkın ərazisində “IVECO” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.